BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xankəndidə Azərbaycan manatı işləyəcək”

"Oralar Azərbaycan əraziləridir. Biz ərazi bütövlüyümüzü təmin etmişik. Müvəqqəti olaraq əraziyə sülhməramlılar yerləşdirilib”.

 

Pravda.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, digər 4 rayonumuzda da Azərbaycan qanunları keçərlidir.

 

"Xocalı, Xankəndi, Xocavənd, Ağdərə Azərbaycan əraziləri olduğu üçün orada Azərbaycan qanunları keçərlidir. O cümlədən, Azərbaycanın milli valyutası da orada fəaliyyət göstərməlidir. Heç bir status-kvodan söhbət gedə bilməz. Müəyyən qədər vaxt lazımdır ki, bu məsələlər öz siyasi həllini tapsın. Sadəcə müəyyən qədər vaxta ehtiyac var”.Qazet.az

Tarix: 2 Dekabr 2020, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin