BURADA REKLAMINIZ OLA
BİLƏR

Əsirlər necə dəyişdiriləcək?

Əsirlərin dəyişdirilməsi üçün dünya təcrübəsi var. İlk olaraq bu işə Beynəlxalq Qırmızı Xaç Komitəsi qoşulur. Əvvəl müharibə aparan hər iki tərəfdə nə qədər əsirin olduğu müəyyən edilir. Yəni birinci iş əsirlərin sayının və kimliyinin müəyyənləşdirilməsidir. Bundan sonra əsirlərin dəyişdirilməsi üçün prosedur addımlar atılır. Bu zaman paritet məsələsi də gündəmdə durmur. Əksinə əsirlərin dəyişdirilməsində “hamısı hamısına” prinsipinə üstünlük verilir.

 

Bu fikirləri hüquq elmləri professoru Rüstəm Məmmədov deyib.

 

Qeyd edək ki, 44 günlük müharibədən sonra əsir və cəsədlərin dəyişdirilməsi məsələsi gündəmə gəlib və bu məsələ 10 noyabrda imzalanan üçtərəfli sazişdə də öz əksini tapıb.

 

Rüstəm Məmmədov ermənilərin onlarda olan Azərbaycan əsirlərinin tam siyahısını təqdim edəcəklərinə inanmır:

 

“Qırmızı Xaç Komitəsi ilk növbədə ermənilərin əlində olan bizim əsirlərin hamısının siyahısını əldə etməyə nail olmalıdır. Üstəlik bizim özümüzün də orada nə qədər əsirimizin olduğuna dair informasiyamız olmalıdır”.

 

Professor hesab edir ki, Azərbaycan xüsusi xidmət orqanların xətti ilə ermənilərin əlində nə qədər əsirimizin olduğunu müəyyən etməliyik: “Bunun başqa yolu yoxdur. Bu işi ancaq Qırmızı Xaç Komitəsinin ixtiyarına vermək doğru olmazdı. Özümüzün məlumatı olmalıdır. Xüsusi xidmət orqanımız bunu edə bilər və biz ancaq onun məlumatına əsaslanmalıyıq”.

 

Müsahibimiz əlavə edib ki, bir neçə il əvvəl Kəlbəcər istiqamətində ermənilərin əsir götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev də Azərbaycana qaytarılmalıdır: “Bu tələb də qoyulmalıdır. Ümid edirəm ki, onlar da Azərbaycana qaytarılacaq”.Teleqraf

Tarix: 2 Dekabr 2020, 17:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin