BURADA REKLAMINIZ OLA
BİLƏR

Ceyhun Bayramov Lavrovla danışdı

Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

 

Məlumata görə, XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli Bəyanatın reallaşdırılmasını müzakirə ediblər.

 

"Tərəflər bu ilin 9 noyabrından Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Bəyanatının icra edilməsinin gedişatını, həmçinin gündəlikdə duran regional və beynəlxalq məsələləri ayrıca müzakirə ediblər", - Rusiyanın Xarici İşlər Nazirliyinin tərəflərin telefon danışığının nəticəsinə əsasən xəbərində deyilir.

Tarix: 2 Dekabr 2020, 21:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin