BURADA REKLAMINIZ OLA
BİLƏR

Həkim etiraz etdi: “Satın villalarınızı, bahalı maşınlarınızı, ağır xəstələrin müalicəsini təşkil edin”

“Səhiyyə və tibb məmurları, baxın Ali Baş Komandana! Cənab Prezident 44 gün ərzində gecə-gündüz demək olar ki, yatmadı, dincəlmədi, bütün gücünü, varlığını qoydu ordunu necə səfərbər etdi, hər gün xalqa müraciətlər etdi, təmaslar qurdu və möhtəşəm, şanlı Qələbə çaldı. Öyrənin heç olmasa”.

 

Pravda.az-ın xəbərinə görə, bunu həkim Aydın Əliyev deyib.

 

“Siz nə işlə məşğulsuz? Ağır xəstələr evlərdə ölür. Satın villalarınızı, bahalı maşınlarınızı, qoyun ortaya yığdığınız pulları ağır xəstələrin müalicəsini təşkil edin. Yatmayın, dincəlməyin. Bu işə məsul sizsiniz. Qaynar xəttlər cavab vermir, təcili yardım çatdırmır, poliklinikalar çatdırmır, covid xəstəxanalarında yer yoxdur. Xəstələr bilmir nə müalicə etsinlər Hərə bir söz deyir. Bu nə biabrçılıqdır?” –A.Əliyev əlavə edib.

Tarix: 3 Dekabr 2020, 07:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin