BURADA REKLAMINIZ OLA
BİLƏR

Paşinyanın yerinə namizəd tapıldı

Ermənistan müxalifəti baş nazir postuna öz namizədinin adını 3 dekabrda açıqlayacaq.

 

Pravda.az xəbər verir ki, bunu “Daşnaksütun” partiyasının nümayəndəsi Artsvik Minasyan bildirib.

 

“Sabah... planlarımızı elan edəcəyik və baş nazir vəzifəsinə öz namizədimizi göstərəcəyik”, - deyə agentlik Minasyandan sitat gətirib.

 

O bildirib ki, hərbi vəziyyətlə əlaqədar tətbiq edilən bir sıra məhdudiyyətlərin götürülməsinə baxmayaraq, qanuni rejim özü hələ də qüvvədə qalıb. “Daşnaktsütun” partiyasının təmsilçisi qeyd edib ki, hazırkı baş nazir Nikol Paşinyan hakimiyyəti əlində saxlamağa çalışır.APA

Tarix: 3 Dekabr 2020, 06:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin