BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vəziyyətimiz olduqca çətinləşib, insanlardan xahiş edirəm, bizimlə nəvazişlə davransınlar”

“Mən də susmuram, vəziyyətimiz olduqca çətinləşib. İnsanlardan xahiş edirəm, bizimlə nəvazişlə davransınlar. Biz sənət adamları həssas insanlarıq”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Faytonçu Nazim MTV telekanalında deyib.

 

Sənətçi müğənnilərin pandemiya ərəfəsində maddi sıxıntılar yaşadığını deyib: "Bizim qazancımız el şənliklərindəndir. Bu gün toylara qadağa qoyulub. Şoumuz axsayıb, biznes tərəfi yoxdur. Nəsə iş görəndə, kassa tərəfi lazım olurdu. Mahnı alanda, aranjiman edəndə, studiyada oxuyanda pul xərcləyirsən. Nə gizlədim, pulum tükənib. Tənqid edirsiz, amma təhqir olmaz. Bizə pis təsir edir. Digər həmkarlarımın toy qiyməti kəllə-çarxa idi: 15,12,10, 8 minə toya gedirdilər. Mənim qiymətim 5 min idi. Sabah da 5 minə gedəcəyəm”.

Tarix: 3 Dekabr 2020, 13:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin