BURADA REKLAMINIZ OLA
BİLƏR

Adil Əliyevdən ÇAĞIRIŞ

Azərbaycan Milli Məclisinin sədr müavini Adil Əliyev vətəndaşlara çağırış edib.

 

Pravda.az-ın xəbərinə görə, A.Əliyev deyib:

 

“Ölkəmizin qazandığı tarixi zəfər müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı ordumuzun adı ilə bağlıdır. 30 illik nisgilə son qoyan rəşadətli ordumuz torpaqlarımızı düşmən işğalından birdəfəlik azad edərək yeni tarix yazdı. Təbii ki, bu Zəfərin qazanılmasında 2783 mərd qardaşımız Vətən uğrunda öz canından keçdi. Bugün ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamla Vətən müharibəsi şəhidlərimizin xatirəsinin yad edilməsi məqsədilə sabah saat 12:00-də bir dəqiqəlik sükut elan edilib. Gəlin hər birimiz saat 12:00-da şəhidlərimizin xatirəsini yad edək. Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, ailələrimizə səbr versin”.

Tarix: 3 Dekabr 2020, 18:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin