BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycanlıların Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıtması təmin edilməlidir”

“Ordu gücünə, 2783 şəhid verərək qazandıqlarımızı diplomatiya sahəsində itirməmək üçün rəsmi Bakı ilk növbədə Rusiya hərbi heyəti qarşısında qəti tələb qoymalıdır: Ermənistandan Qarabağa gedən bütün şəxslər və yüklər Azərbaycanın razılığını almalıdır, məsələn yolda xüsusi Azərbaycan postu qurulmaqla. Bu zaman hərbi çağırışçılar və hərbi təyinatlı mallar əraziyə buraxılmamalıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

 

İ.Məmmədov qeyd edib ki, Rusiya hərbi heyəti azərbaycanlıların Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıtmasını təmin etməlidir: “Bu iki addım atılmasa, münaqişəsonrası tənzimləmə prosesində təşəbbüsü tədricən itirə bilərik...”

Tarix: 4 Dekabr 2020, 08:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin