BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni İl tətilində sərt karantin tətbiq olunacaq - İtaliyada

İtaliyanın Baş naziri Cuzeppe Konte Yeni İl tətilində sərt karantin rejiminin tətbiq ediləcəyini açıqlayıb.

 

Pravda.az xəbər verir ki, Konte komendant saatının 22:00-07:00 arasında olacağını, Yeni İl günü və sonrası xüsusi əyləncə proqramlarının təşkil edilməyəcəyini bildirib.

 

“Pandemiyanın sonuna gedən yol hələ uzundur. Yanvar ayında baş verə biləcək 3-cü dalğanın qarşısı alınmalıdır. 21 dekabr - 6 yanvar tarixlərində daha çox məhdudiyyətli tədbirlər tətbiq etməliyik. Buna görə məcburi və fövqəladə hallar istisna olmaqla, bölgələr arasında səyahət etmək qadağandır. Bundan əlavə, şəhərlərarası səyahət 25 -26 dekabr və 1 yanvar tarixlərində qadağandır”, - deyə Baş nazir vurğulayıb.

 

Alış-verişə hər hansı bir məhdudiyyət qoymaq istəmədiklərini dilə gətirən Konte “Mağazalar 4 dekabr - 6 yanvar tarixlərində axşam saat 21:00-a qədər açıq olacaq”,- deyə bildirib.

 

Qeyd edək ki, İtaliyada son 24 saatda 993 nəfər ölüb. Ölkədə ümumilikdə 1 milyon 664 min 829 nəfər virusa yoluxub, 58 min 38 nəfər xəstəliyin qurbanı olub.

 

Tarix: 4 Dekabr 2020, 11:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin