BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanınmış jurnalist vəfat etdi - FOTO

“Gürcüstan” qəzetinin redaktor müavini Əziz Məhəmməd oğlu Dəlivəlli vəfat edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Mətbust Şurasının sədri Əflatun Amaşov məlumat verib.

 

Ə.Amaşov mərhumun doğmalarına, yaxınlarına, həmkar dostlarına başsaqlığı verib.

 

“Cəmi 62 il ömür sürmüş Ə.Dəlivəlli jurnalist peşəsinin fədakarlarındandır. Həyatını çalışdığı nəşrə həsr etmiş dəyərli simadır. Tiflisdə nəşr olunan “Sözün işığı” qəzetinin baş redaktoru olduqdan sonra o zamankı “Sovet Gürcüstanı”, indiki “Gürcüstan” qəzetinə gəlmiş və ömrünün sonunadək bu nəşrdə çalışmış, geniş yaradılıq yolu keçmişdi. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan həmkarımız bədii yaradıcılıqlada da özünü sınamış, uğur qazanmışdı. Onun 2008-ci ildə Tiflisdə mənzum dram, şeir, hekayə və digər səpgili yazılarının öz əksini tapdığı “Sözlərim qanad açası...” adlı kitabı işıq üzü görmüşdü. Bir daha Əziz Dəlivəlliyə Allahdan rəhmət diləyir. Doğmalarının, əzizlərinin, dostlarının üzüntülərini bölüşürəm” – Mətbuat Şurasının sədri bildirib.

Fotoları təqdim edirik
Tarix: 4 Dekabr 2020, 18:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin