BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhəd Abıyev özünə müavin təyin etdi

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev özünə yeni müavin təyin edib.

 

Rayon icra hakimiyyətindən bildirilib ki, icra başçısının 04.12.2020-ci il tarixli əmri ilə Vüqar Məmmədov başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

 

Qeyd edək ki, Məmmədov Vüqar Xanlar oğlu 15 oktyabr 1978-ci ildə Daşkəsən şəhərində anadan olmuşdur. Ali təhsillidir, Bakı Dövlət Universitetini bitirib.

 

2000-2002-ci illərdə həqiqi hərbi xidmətdə olub.  2002- 2007-ci illərdə  orta məktəbdə müəllim işləyib.

 

2007-ci ildən Daşkəsən Rayon İcra Hakimiyyətində hüquqşunas-məsləhətçi, Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə şöbədə böyük məsləhətçi, İnformasiya təminatı və təhlil sektorunda aparıcı məsləhətçi daha sonra həmin sektorun müdiri işləyib.

 

 “Dağlıq regionlarda sosial-iqtisadi inkişaf, işsizlik əleyhinə mübarizə və turizm problemləri” mövzusunda 2003-cü ildə 6 ay müddətinə İspaniyanın Saraqosa Universitetində və İtaliyanın Belluno tədris mərkəzində təhsil alıb.

 

2007-ci ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” analitik- informasiya sisteminin – RİAİS proqram təminatı üzrə kursu bitirmişdir.

 

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. 3 övladı var.

 

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin 04.12.2020-ci il tarixli əmri ilə Başçının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

 

Xatırladaq ki, bundan əvvəl bu vəzifədə işləyən Cavanşir Qocayev dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə təqaüdə göndərib.

Tarix: 4 Dekabr 2020, 21:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin