BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezidentin fərmanı ilə yaradılan fondda bu şəxslər təmsil olunacaqlar

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibinin təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

 

Abdullayev Çingiz Akif oğlu

 

Alızadə Sevinc Əsgərxan qızı

 

Aslanov Novruzəli Davud oğlu

 

Aşina Məsud

 

İbrahimov Mənsum İsrafil oğlu

 

İsgəndərov Anar Camal oğlu

 

Qasımov Balakişi Ələkbər oğlu

 

Novruzov Cahangir Mütəllib oğlu

 

Ramaldanov Şair Ramaldan oğlu

 

Səfərəliyeva Rəna Teymur qızı

 

Zəkiyev İlham Əzizağa oğlu.

Tarix: 8 Dekabr 2020, 11:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin