Reklam

Samiq Sadıxova vəzifə verildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 8-də Samiq Sadıxovun “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru təyin edilməsi haqqında Fərman imzalayıb.

Pravda.az-ın məlumatına görə, Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Samiq Asəf oğlu Sadıxov “Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin direktoru təyin edilsin".

Tarix: 8 Dekabr 2020, 17:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin