BURADA REKLAMINIZ OLA
BİLƏR

Yasamal nəzarətsiz qalıb – Vətəndaşlar şikayət edir - VİDEO

Son zamanlar Yasamal rayonu (Yeni Yasamal) ilə bağlı şikayətlərin sayı artmaqdadır.

 

Pravda.az-ın xəbərinə görə, sakinlər bildirir ki, çoxmənzilli yaşayış binalarının birinci mərtəbələri ticarət obyektləridir.

 

Vətəndaşlar deyir ki, həmin ticarət obyektlərindəki səs-küy hər kəsi narahat edir: “Bayram günlərində vəziyyət daha pis olur. Ticarət obyektlərinin hərəsi bir səsgücləndirici qoyub, satış həyata keçirir. Şikayətlərimizə baxan yoxdur. Əvvəllər bir qədər normal idi, son zamanlar isə, sanki, Yasamala nəzarət edən yoxdur”.

 

Qeyd: Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin noyabrın 12-də imzaladığı sərəncamla Milli Məclisin deputatı Elşad Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

 

 

Tarix: 31 Dekabr 2019, 12:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin