BURADA REKLAMINIZ OLA
BİLƏR

Kredit faizləri aşağı salınır

Azərbaycan Mərkəzi Bankında hazırda yeni qanun layihəsi barədə aktiv iş gedir.

 

Pravda.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat, Tahir Mirkişili deyib.

 

Deputat bildirib ki, banklarda kredit faizləri yüksəkdir: “Biz də istərdik ki, kredit faizləri birrəqəmli olsun. Bunun üçün banklarda olan sərbəst vəsaitlərin bazara sərbəst transferini təmin etmək lazımdır. Hazırda bank sistemi ilə bağlı Mərkəzi Bankda yeni qanun layihəsi üzərində iş gedir. Bu qanun layihəsi qəbul ediləndə bank kreditlərinə daha yaxşı çıxış imkanları yaradacaq".

Tarix: 15 Dekabr 2020, 11:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin