Reklam

Vaqif Aydınoğlu koronavirusa yoluxdu

ATV-nin keçmiş aparıcısı, “Azərişıq” ASC-nin mətbuat katibi Vaqif Aydınoğlu koronavirusa yoluxubmuş.

 

Pravda.az xəbər verir ki, Vaqif Aydınoğlu bu haqda Feysbuk səhifəsində məlumat verib:

 

"Çalışın özünüzü qoruyun, çox amansız xəstəlikdir. Arxayın olub, müalicəni yarımçıq saxlamayın. Vitaminlər, bol maye, güclü yeməklər və maksimum aktiv hərəkət... Passivləşməynizə imkan verməyin. Hər nə olur-olsun, yüksək əhval-ruhiyyəni qoruyun.

 

Ağrıları dözülməzdir, amma təslim olmaq olmaz! Şükür, sağala bildik. Bu xəstəlik zarafat və məsuliyyətsizliyi sevmir".

Tarix: 15 Dekabr 2020, 17:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin