BURADA REKLAMINIZ OLA
BİLƏR

BNA bayram gecəsi də cərimə yazır

Bakı Nəqliyyat Agentliyi bayram gecəsi xüsusi rejimdə işini davam etdirir.

 

Pravda.az-ın xəbərinə görə, bunu agentliyin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, Dənizkənarı Milli Parkda keçiriləcək atəşfəşanlıq və bayram şənlikləri ilə əlaqədar şəhər mərkəzi istiqamətində nəqliyyat axını müşahidə olunur.

 

"Lakin hazırda şəhər yollarında sıxlıq müşahidə olunmur. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən mərkəzi küçələrdə işıqforların vaxt planlanmasında dəyişiklik edilib. Həmçinin, müntəzəm marşrut xətlərinin hərəkətinə və qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb".

Fotoları təqdim edirik
Tarix: 31 Dekabr 2019, 22:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin