Reklam

“Nəsə görürəm ki, deyəsən, koronavirus da pislərə yaxın durmur” - Xoşqədəm Hidayətqızı

“Nəsə görürəm ki, deyəsən, koronavirus da pislərə yaxın durmur. Fırıldaqçı, iyrənc, pisliklərlə dolu insanlara toxunmur, amma neçə-neçə yaxşı insanlar, gənclərimiz gedir”.

 

Pravda.az xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkə hesabında yazıb.

 

O, hər kəsi ehtiyyatlı olmağa səsləyib: "İnşallah ki, sağlamlığınız yerindədir. Hər şey yaxşı olacaq. Özünüzü qoruyun, amma nəsə görürəm ki, deyəsən, koronavirus da pislərə yaxın durmur. İnanın mənə, tanıdım-tanımadığım haqqında yaxşı danışılan və koronanın aldığı canları eşidəndə çox ağlayıram".

Tarix: 15 Dekabr 2020, 18:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin