BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat şəhid ailələri və qazilərlə bağlı kampaniyaya başladı: "Borcumuzu verək"

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Vətən müharibəsində şəhid olan və yaralananların ailələri ilə bağlı kampaniya başladıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə R.Nurullayev özü məlumat verib.

 

“Dünyada 40 milyon azərbaycanlı var. Hər birimiz bir şəhid ailəsinə, bir qaziyə, bir yaralıya, bir döyüşə əsgər göndərən ailəyə baş çəkək, yardım edək və paylaşaq. Marafonu bir-birimizə ötürək. Bir nəfər belə qalmasın. Elə ailə var ki, qapısı döyülməyib. Borcumuzu verməyə gedək! Xahiş edirəm gözləməyin! Elə bu gündən başlayaq. Mətbuat orqanlarından dəstək gözləyirəm. Geniş paylaşaq və hər kəsə çatdıraq. Bu həştəqdən istifadə edək: #BorcumuVermeyeGeldim” – R.Nurullayev qeyd edib.

Tarix: 16 Dekabr 2020, 19:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin