Reklam

Dollarla bağlı MÜHÜM QƏRAR

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) 2020-ci il üzrə keçirilmiş son iclasda baza faiz dərəcəsini 0-0,25% səviyyəsində saxlayıb.

 

Pravda.az xəbər verir ki, bu barədə baza tənzimləyicisinin saytında məlumat yer alıb.

 

“Komitə federal fondlar nisbəti üçün hədəf aralığını 0-0,25% səviyyəsində saxlamağa qərar verib və əmək bazarı şərtləri komitənin maksimum məşğulluq qiymətləndirmələri ilə uyğun səviyyəyə çatana, inflyasiya artımı isə 2% olana qədər bu hədəf aralığının qorunmasının uyğun olacağını gözləyir”, - məlumatda belə deyilir.

 

ABŞ baza tənzimləyicisi, eyni zamanda əhalinin iqtisadi aktivliyi və məşğulluğunun bərpasının davam etdiyini, ancaq 2020-ci ilin əvvəlindəki səviyyədən xeyli aşağıda olduğunu da bildirib.APA

Tarix: 17 Dekabr 2020, 00:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin