BURADA REKLAMINIZ OLA
BİLƏR

Xankəndi, Qubadlı, Zəngilan və Şuşada icbari tibbi sığorta tətbiq ediləcək

Gələn ilin 7 şəhər və rayonda (Bakı, Sumqayıt, Xankəndi şəhərləri, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonları) icbari tibbi sığortanın tətbiqi planlaşdırılır.

 

Pravda.az xəbər verir ki, bu barədə 2021-ci il dövlət büdcənin layihəsində qeyd edilib.

 

Bildirilib ki, 2021-ci ilin dövlət büdcəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsinə və əhalinin sağlamlığının qorunması sahəsində bir sıra tədbirlərin maliyyə təminatı üçün 1044,7 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə 60,9 milyon manat və ya 6,2 faiz çoxdur.

Tarix: 21 Dekabr 2020, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin