BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi yaradılacaq

2019-cu ilin sonunda Rəsulzadənin ev-muzeyinin yaradılması ilə bağlı “İctimai qrup” təsis edilib.

 

Pravda.az-ın xəbərinə görə, “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüsünə Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, elm, mədəniyyət, təhsil və mətbuat nümayəndələri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı birləşdirən diaspora təşkilatları, ictimai birliklər, gənc fəallar da qoşulub.

 

Bu, təşəbbüs üzrə yaradılan İctimai qrupun üzvlərindən biri də tanınmış diplomat, ictimai xadim, M.Ə.Rəsulzadə irsinin naşiri və tədqiqatçısı Ramiz Abutalıbovdur.

 

 R.Abutalıbov deyib ki, ev muzeyi açılacağı təqdirdə,  ardınca abidə də qoymaq lazımdır: “Məhəmməd Əmin Rəsulzadə çox şeylərə layiqdir. Öncə ev muzeyini açaq. Sonra abidə qoymağa çalışaq. Azərbaycançılıq ideyası Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyskidən başlayır. Bunların hamısı xaricdə dünyasını dəyişiblər. Bunların xatirəsini əziz tutmağımız üçün nəsə etməliyik. Digər tərəfdən isə xaricdə dünyasını dəyişən tanınmış azərbaycanlıların qəbirlərinin Azərbaycana gətirilməsinin tərəfdarı deyiləm. Həmin qəbirlər bizim ziyarət yerimiz kimi qalmalıdır”.

 

R.Abutalıbov əlavə edib ki, belə bir təşəbbüsün irəli sürülməsi üçün kollektiv formada bir araya gəlməyimizin heç də mümkünsüz olmadığını nümayiş etdirdi: “Rəsulzadənin xatirəsini əbədiləşdirmək üçün ev muzeyinin açılması çox yaxşı olardı. Abidə də qoyulması mütləqdir. Ev muzeyinin açılması ideyası çox yaxşıdır. Belə bir təşəbbüsün irəli sürülməsini alqışlayıram. Çünki hər zaman azərbaycanlılar haqqında “tək işləməyi sevirlər”  ideyası formalaşıb. Halbuki elə deyil. Demək ki, kollektiv formada da işlər ortaya qoymaq mümkündür. Məndə elə qədim kitablar var ki, onları muzeyə bağışlamağı düşünürəm”.

 

Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” təşəbbüsü üzrə yaradılan İctimai qrupun siyahısı:

 

Rəis Rəsulzadə - Azərbaycanın Xalq rəssamı, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi

Solmaz Rüstəmova-Tohidi - Tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi.

Qulu Məhərrəmli – Jurnalist, Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist

Nəcibə Bağlrzadə - yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı

Nicat Gözəlov – hüquqşünas, “Milli Hüquq evi”nin direktoru

Ramiz Abutalıbov – diplomat, ictimai xadim, M.Ə.Rəsulzadə irsinin naşiri və tədqiqatçısı

Ömər Eldarov – heykəltəraş, Xalq rəssamı, Akademik, Azərbaycan Rəssamlar Akademiyasının rektoru, M.Ə.Rəsulzadənin heykəlinin müəllifi

Ülkər Hüseynova – publisist, naşir, M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı prof. Şirməmməd Hüseynovun həyat yoldaşı

Nailə Vəlixanlı – tarixçi-alim, Akademik, Əməkdar elm xadimi, AMEA Milli Tarix muzeyinin direktoru

Rafael Hüseynov – ədəbiyyatşünas-alim, Akademik, ictimai xadim, AMEA Nizami adına Ədəbiyyat muzeyinin direktoru

Sabir Rüstəmxanlı – Xalq şairi, ictimai xadim

Fazil Mustafa – ictimai xadim, hüquq üzrə fəlsəfə doktoru

Qənirə Paşayeva – ictimai xadim, fəlsəfə üzrə elmlər doktoru

Sabit Bağırov – ictimai xadim, iqtisadçı

Nəsiman Yaqublu – tarix üzrə elmlər doktoru, professor

İradə Bağırova – tarix üzrə elmlər doktoru, professor

Nəsib Nəsibzadə – tarix üzrə elmlər doktoru, professor, Ankara Universiteti

Kamil İbrahimov – tarix üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi

İsmayıl Musayev – tarix üzrə elmlər doktoru, professor

Tufan Axundov – tarix üzrə elmlər doktoru, pofessor

Firdovsiyə Əhmədova – tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim

Fərda Əsədov – tarix üzrə fəlsəfə doktoru, şərqşünas

Fərhad Cabbarov – tarix üzrə fəlsəfə doktoru

Nigar Gözəlova – tarix üzrə fəlsəfə doktoru

Niyazi Mehdi – filosof, ədəbiyyatşünas-tənqidçi, fəlsəfə elmləri doktoru

İradə Musayeva – ədəbiyyatşünas-tənqidçi, filologiya üzrə fəlsəfə doktoru

Etibar Əliyev – fəlsəfə doktoru, təhsil məsələləri üzrə mütəxəssis

Rasim Müzəffərli – fəlsəfə doktoru, dosent, bəstəkar - şair, naşir.

Mehman Dəmirli – hüquq elmləri doktoru, professor, Yaxın Doğu və Girnə universitetləri, Girnə, Türkiyə

Yavuz Akpınar – Dr., Professor. Ege universiteti, Rəsulzadə irsinin Türkiyə dövrü araşdırıcısı, İzmir, Türkiyə

Səbahəddin Şimşir – Dr., Professor. Balıkesir Üniversiteti, Rəsulzadə irsinin araşdırıcısı, Balıkesir, Türkiye.

Yeva Mariya Aux – Dr., Professor, Berlin Humbolt Universiteti, Tarix departamenti Azərbaycan tarixi kafedrasının müdiri, Berlin, Almaniya

Giorgiy Mamulia – Dr., Professor, Fransa İctimai Tədqiqatlar Ali Məktəbi, M.Ə.Rəsulzadə irsinin Avropada mühacirət dövrü tədqiqatçısı. Paris, Fransa.

Turac Atabəki – Dr. Professor, Beynəlxalq Sosial Tarix İnstitutu (Hollandiya) , Rəsulzadə irsinin İran dövrü araşdırıcısı, Amsterdam, Hollandiya.

Tohid Məlikzadə - Tarix üzrə Dr., Urmiya Universiteti, Urmiya, İran.

Sema Barutcu Özönder – Dr. Professor. Ankara Ankara, Türkiyə.

Ramiz Həsənoğlu – Xalq artisti, rejissor, Əməkdar incəsənət xadimi

Ramiz Məlik – Xalq Artisti, Şöhrət Ordeni və Dövlət mükafatı laureatı.

Vasif Babayev – kino rejissoru, Xalq artisti, Əməkdar İncəsənət xadimi

Ağəli İbrahimov – Xalq rəssamı, Əməkdar incəsənət xadimi,

Ziyadxan Əliyev – rəssam, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi,

Elçin Əliyev – memar, Sənətşünaslıq doktoru, professor.

Xuraman Qasımova – Xalq artisti, Professor, Dövlət Mükafatı laureatı

Ülviyyə Hacıbəyova – Xalq artisti, Professor, Əməkdar İncəsənət xadimi

Fuad Əlizadə – bəstəkar, Sənətşünaslıq doktoru, professor, Van Universiteti.

Tahir Tahiroviç – kino rejissoru, “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri

Şahin Musaoğlu – Şair, bəstəkar, həkim

Sərdar Fərəcov – bəstəkar, Xalq artisti, Əməkdar İncəsənət xadimi, Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru

Kamilə Hüseynova – Nəriman Nərimanovun ev muzeyinin (Bakı) direktoru

Nüşabə Babayeva-Vəkilova – filologiya üzrə fəlsəfə doktoru, Səməd Vurğunun ev muzeyinin direktoru

Qəmər Seyfəddin qızı – Cəfər Cabbarlı ev muzeyinin direktoru

Ülkər Talıbzadə – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin ev muzeyinin direktoru

Leyla Əliyeva – M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin (keçmiş - M.F.Axundovun ev muzeyi) direktoru, Tbilisi, Gürcüstan

Rəna Dəlivəlova – Nəriman Nərimanovun Xatirə Muzeyinin (Tbilisi) kuratoru, Tbilisi, Gürcüstan

Sədi Mirseibli – Azərbaycan İstiqlal muzeyinin direktor əvəzi

Əli Polad – iş adamı, xeyriyyəçi, naşir, Təbriz, İstanbul

Burzu Əliyev – iş adamı, xeyriyyəçi, Kiyev, Ukrayna

Fizuli Fərəcov – Texnika elmlər namizədi, “Məhəmməd Əmin Rəsulzadə” Məclisinin sədri - Moskva azərbaycanlıları eyni adlı diaspora təşkilatının rəhbəri, Moskva, Rusiya Federasiyası

Fizuli Məmmədov – “Ümumdünya Azərbaycan Mədəniyyəti Fondu” nun və Rusiya Azərbaycanlıları İttifaqının (Rusiyanın 56 regionunu birləşdirən diaspora təşkilatı) prezidenti, Moskva, Rusiya Federasiyası

Qalib Ağayev – Moskva vilayəti şəhər və rayonlarında (Ruza, Ximki, Lyubertsı, Serpuxov, Mıtişi) yaşayan azərbaycanlıların Milli Mədəni Muxtariyyət – diaspor təşkilatlarının, Moskva regionu Şaraban Azadlıq təşkilatı (sədr – Ziyəddin Qulubəyli), Moskva regionu Qadınlar birliyi və Rusiya Federasiyası ərazisində azərbaycanlıların 23 regional diaspora təşkilatlarının Birləşmiş Diaspora Təşkilatının Koordinasiya Şurasının təmsilçisi - Moskva, Rusiya Federasiyası.

Eldar Tağıyev – Ukrayna Azərbaycanlıları Radasının üzvü, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ( sədr – Hikmət Cavadov, hüquq elmləri doktoru) koordinasiya Şurasının nümayəndəsi, Dnepr, Ukrayna.

Aygül İsayeva – Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru, Tbilisi, Gürcüstan.

Arslan İbrahimi – Kaliforniyadakı Azərbaycan diaspora təşkilatının rəhbəri, Kaliforniya, Amerika Birləşmiş Ştatları

Elman Mustafazadə - Hollandiyada Azərbaycan diaspora təşkilatının rəhbəri, “Xudafərin.az” saytının baş redaktoru, Amsterdam, Hollandiya.

Rahim Telman Sadıqbəyli – Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı, İsveç Azərbaycan Federasiyasının Koordinasiya Şurasının təmsilçisi

Toğrul Abbasov – Şimali Kipr Türk Respublikasında Azərbaycan İcmasının rəhbəri, Levkoşa, Şimali Kipr Türk Respublikası

Selçuk Önal, Tuncer Kirhan – Azərbaycan Kültür Dərnəyi, Ankara, Türkiyə

Cihan Özdemir – Dosent-Dr., Yunis İmrə İnstitutunun Bakı filialının direktoru,

Cezmi Bayram – "Türk ocaqları” İstanbul şöbəsinin rəhbəri, tarixçi alim, İstanbul, Türkiyə.

Akif Aşırlı – “Türk ocaqları" Azərbaycan şöbəsinin rəhbəri, "Şərq" qəzetinin təsisçisi və redaktoru

Eldar İsmayılov – “Dədə Qorqud” milli fondunun rəhbəri, "Azərbaycan Dünyası” jurnalının təsisçisi və baş redaktoru,

Firudin İbrahimi – "İranlı mühacirlər" İctimai Birliyinin rəhbəri

Rafael Gülməmmədli – Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin direktoru

Elçin Şıxlı – jurnalist, "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru

Arif Əliyev – jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, Bakı mətbuat klubunun rəhbəri

Vahid Mustafayev – ANS şirkətlər qrupunun prezidenti

Seyfulla Mustafayev – ANS şirkətlər qrupunun vitse-prezidenti, tarixçi

Mayis Əlizadə - jurnalist-tədqiqatçı, İstanbul, Türkiyə

Əhməd Obalı – “Günaz.TV” kanalının rəhbəri, Çikaqo, ABŞ

Araz Qurbanov – tədqiqatçı, siyasi şərhçi, publisist

Elşad Eyvazlı – jurnalist, “modern.az” saytının rəhbəri, Parlament jurnalistləri birliyinin sədri

Müsəllim Həsənov – jurnalist, Əməkdar Mədəniyyət işçisi

İlhamiyyə Rza – jurnalist,

Aygün Muradxanlı – jurnalist

Ramilə Qurbanlı – jurnalist,”Lent.az” saytı.

Ənvər Börüsoy- jurnalist-tədqiqatçı

Nicat İsmayılov – jurnalist, ednews.net saytı

Orxan Yolçiyev – jurnalist, “Vestnik Kavkaza” İnformasiya-Analitik Agentliyi

Erkin Məmmədov – hüquqşünas, vəkil

Əziz Qənbərov – hüquqşünas, vəkil

Səbuhi Axundov – hüquqşünas

Nemət Ağalarov – hüquqşünas

Orxan Şahbaz – sosioloq-tədqiqatçı

Əligül Ağayev – müəllim, “Gənc fəallar” qrupunun koordinatoru

Dilqəm Əhməd – gənc araşdırıcı, naşir, Cümhuriyyət dövrünə dair sənədlərin kolleksiyaçı, gənc fəal

Elmar Həsənli – tarix müəllimi, maarifçi, gənc fəal

Nüsrət Əliyev – “Böyük İpək yolu Gənclər İttifaqı” təşkilatının gənc fəal

Gülnar Bəşirova – tarixçi – hüquqşünas, gənc fəal

Firuz Əlövsətov – Doğu Akdeniz Universiteti, Azərbaycan Tələbə Cəmiyyətinin sədri,

Rafiq Hunaltay – sahibkar, gənc fəal

Elşad Əhmədov – rəssam, gənc fəal, Repin adına Sankt-Peterburq Rəssamlıq Akadmiyasının magistrı, Sankt-Peterburq, Rusiya.modern.az

Tarix: 1 Yanvar 2020, 23:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin