BURADA REKLAMINIZ OLA
BİLƏR

Brilliant Dadaşova erməni musiqiçini müdafiə etdi – “Biz fağırın zalımı olmarıq”

"Konflikdə olduğumuz bir millətin nümayəndəsi "Tərəkəmə" ifa etmişdi. Bu türk xalqının mahnısıdır. Ona "super" yazmışdım. Bizim heç bir millətə qarşı fobiyamız yoxdur. Amma bizə qarşı fobiyaları var. Başkəsən, qaniçən, balaca uşağın dərisini soyub, onu kitabda yazan Zori Balayanla, erməni musiqiçini bir tuta bilmərəm. Qarışqanı da bastalamayan bir insana ermənidir deyə, nifrət etmirəm".

 

Pravda.az-ın xəbərinə görə, bu sözləri Xalq artisti Brilliant Dadaşova "5/5" verilişində qonaq olarkən deyib. Müğənni erməni musiqiçiyə "super" yazması üçün yaranan qalmaqala aydınlıq gətirib.

 

O bildirib ki, yazdığı şərhi erməni musiqiçinin paylaşımından özü silməyib:

 

"Yazdığımı heç vaxt pozmaram. İnstaqramımın parolu Hüseyndədir. Zəng etdim Hüseynə ki, pozmusan? Dedi yox, sadəcə, musiqiçi səhifəsini bağlayıb. Biz fağırın zalımı olmarıq, böyük millətik. Dünyanın yarısı türkdür. Bizim fobiyamız yoxdur. Amma dünyada türklərə qarşı fobiya var".

 

 

Tarix: 2 Yanvar 2020, 14:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin