BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeni il gecəsi külli miqdarda pul oğurlandı

Yeni il gecəsi Abşeron rayonunda villadan oğurluq olub.

 

Pravda.az xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb.

 

Məlumata görə, A.Hüseynovaya məxsus villadan 31 dekabrdan 1 yanvara keçən gecə içərisində 200 min manatlıq qızıl və 120 min dollar pul (ümumilikdə 400 min manatdan çox) olan seyf oğurlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 2 Yanvar 2020, 16:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin