BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisadçı: "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanunun tətbiqinə moratorium qoyulmalıdır"

"Daşınmaz əmlakın icbari sığortası haqqında" qanunun tətbiqinə moratorium qoyulmalı və ya onun icrası dayandırılmaldır. Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığıa gətirib çıxara bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokratik və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu deyib.

 

Q.İbadoğlu bildirib ki, Azərbaycanda 2011-ci il iyulun 24-də qəbul edilən "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanun dünəndən tətbiq olunmağa başlayıb: “Qanuna görə, üzərində hüquqların dövlət qeydiyyatı aparılan bütün növ daşınmaz əmlak məcburi surətdə sığorta olunmalıdır. Bir illik İcbari sığorta haqqı sahəsindən asılı olmayaraq bütün növ daşınmaz əmlak üçün Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində 30 manat müəyyənləşdirilib. İnzibati Xətalar Məcəlləsinə (469.1-ci maddə) əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə 30 manat təşkil edir. Cərimə edildikdən 2 gün sonra o, daşınmaz əmlakı sığortalamasa, yenidən və hər 20 gündən bir eyni məbləğdə cərimə olunacaq.

 

O qeyd edib ki, hazırda 22 sığorta və təkrarsığorta şirkətini fəaliyyət göstərir: “Ölkədə 2019-cu ilin oktyabr ayının 1-ə olan məlumata görə, mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 2051330-a çatır. Bu isə o deməkdir ki, daşınmaz əmlakın sığortası bütün şirkətlər üzrə bərabər paylanarsa hər bir şirkətə orta hesabla 93242 sığorta müqaviləsi imzalamaq lazımdır. Qısa zaman ərzində bu qədər müqaviləni imzalamaq üçün infrastruktura və işçi potensialına malik olmayan sığorta şirkətlərinin ləng fəaliyyəti ucbatından əhalini davamlı cərimələr gözləyə bilər. Kütləvi cərimələnmə hallarının qarşısını almaq üçün sığorta müqaviləsinin on-line müraciət sistemi yaradılmalı, internet üzərindən həyata keçriilən sifarişlər qısa zamanda icra olunmaqla daşınmaz əmlakın icbari sığortasına dair şirkətlər tərəfindən imzalanan müqaviələr qarşı tərəfə poçt vasitəsilə çatdırıkmalıdır. Odur ki, təklif edirəm ki, bu sistem qurulana qədər "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanunun tətbiqinə moratorium qoyulsun və ya təxirə salınsın. Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığıa gətirib çıxara bilər. Çünki, şirkətlərin korporativ maraqlarını təmin edən bu qanun qısa bir zamanda ev təsərrüfatlarının xərclərini 80 milyon manatdan çox artıra bilər”.

Tarix: 2 Yanvar 2020, 17:42   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin