BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakı metrosunda sərnişinlər qatardan düşürüldü

Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar “Elmlər Akademiyası” stansiyasında dayanmadan keçib.

Pravda.az-ın xəbərinə görə, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndirici vasitəsilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.


“Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən “İnşaatçılar” stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.


“İnşaatçılar” stansiyasında dayanan qatarın sərnişinləri boşaldılıb.


“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiq edib. Onun sözlərinə görə, nasazlıq aşkar edilən qatar depoya yola salınıb:

“Onun əvəzinə xəttə yeni qatar buraxılıb. Bütün bunlar isə qatarların hərəkət qrafikinə təsir etməyib”.Report

Tarix: 2 Yanvar 2020, 19:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin