BURADA REKLAMINIZ OLA
BİLƏR

Müsavat başqanı: “YAŞAT” Fondunun yaradılması ideyasının həyata keçməsi çox müsbət hadisədir”

"YAŞAT” Fondunun yaradılması ideyasının həyata keçməsi çox müsbət hadisədir. Alqışlayıram. Bu fondun müstəqil olması və daha çox etimad qazanması oraya toplanan vəsaitlərin artmasına, idarəçiliyinin sadələşməsinə səbəb ola bilər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 

A.Hacılı "YAŞAT” Fondunun müstəqil quruma çevrilməsini, yüksək təsilli, innovativ texnologiyaları yaxşı mənimsəmiş, cəmiyyətdə yetərli etimada malik olan gənclərdən biri Bəxtiyar Hacıyevin bu fondun rəhbəri təyin olunmasını təklif edib: “Xatırlayırsızsa, Bəxtiyar Hacıyev 5 qəpiklərlə böyük məbləğdə vəsait toplamağa nail olmuşdu... Son Qarabağ müharibəsi günlərində də ön cəbhəyə ən səmərəli dəstək kampaniyasının təşkilatçılarından biri idi. İndi bu işi hər kəsdən yaxşı o bacarar”.

Tarix: 28 Dekabr 2020, 00:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin