BURADA REKLAMINIZ OLA
BİLƏR

Tuğ kəndində xidmət aparan hərbçilərə bayram sovqatı çatdırılıb - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsinin işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçulara dəstək aksiyası çərçivəsində növbəti tədbir bu gün Xocavənd rayonunda baş tutub.

 

Pravda.az-ın məlumatına görə, rayonun işğaldan azad edilmiş Tuğ kəndində xidmətini davam etdirən hərbçilərə bu gün bayram sovqatı çatdırılıb.

 

Azərbaycan hərbçilərinə müxtəlif qida məhsulları, gündəlik tələbat malları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamalar təqdim olunub.

 

 “Bravo” supermarketlər şəbəkəsinin bağlamaları çatdıran əməkdaşları əsgər və zabitlərin ehtiyacları və istəkləri ilə maraqlanıb, müvafiq qeydiyyat aparıblar.

 

Əsgər və zabitlər diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, ordunun təminatının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən dəstək aksiyasını yüksək qiymətləndiriblər.

Fotoları təqdim edirik
Tarix: 29 Dekabr 2020, 17:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin