BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhəd Abıyevdən qarlı havada FOTOSESSİYA

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev rayona yağan güclü qardan sonra fotosessiya etdirib.

 

Pravda.az-ın xəbərinə xəbərinə görə, Ə.Abıyevin fotoları maraqla qarşılanıb.

 

İcra Başçısı deyib ki, hazırda qarın hündürlüyü 20-25  santimetrdir: “Rayon İcra Hakimiyyətinin köməkliyi ilə bütün sahələrdə qışa hazırlıq işləri tam başa çatdığından güclü qarın  yağması heç bir problem yaratmayıb. Kəndlərarası yollarda qarın yağmasının  nəqliyyatın və əhalinin hərəkətinə çətinlik yaratmaması üçün Rayon İcra Hakimiyyəti olaraq daxili imkanlar hesabına rayonun müvafiq yol xidməti strukturlarını səfərbər edərək qarın yollardan təmizlənmə işləri aparılır və digər qabaqlayıcı təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu bayram günlərində güclü qarın yağmasına görə sakinlərin istirahətinin pozulmaması üçün rayonun aidiyyəti qurumlarının gücləndirilmiş iş rejimində fəaliyyət göstərmələri barədə Rayon İcra Hakimiyyəti tərəfindən tapşırıq verilərək komissiya yaradılıb. Azərbaycanın ucqar dağlıq rayonu olan Daşkəsənə belə güclü qar yağmasına baxmayaraq, hazırda soyuq, şaxtalı havalar olsa da qarşıdan gələn Parlament seçkiləri rayonda ədalətli, obyektiv, seçki qanunlarına uyğun keçirilməsi üçün hazırlıq işləri görülür”.

Fotoları təqdim edirik
Tarix: 3 Yanvar 2020, 18:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin