BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident: "Ermənistanla səhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır"

“Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır. Çünki bizim Ermənistanla 100 kilometrlərlə sərhədimiz yaranıb. Yəni, artıq bu sərhəd bizim nəzarətimizə keçib. Orada bütün sərhəd infrastrukturu təşkil edilməlidir”.

Pravda.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.

Dövlət başçısı bildirib ki, Dövlət Sərhəd Xidmətinə müvafiq göstərişlər verilib: “Hazırda Dövlət Sərhəd Xidməti Zəngilan-Qubadlı sərhədinin mühafizəsi ilə məşğuldur. Kəlbəcər-Laçın istiqamətində Müdafiə Nazirliyinin qoşunları xidmət göstərirlər. Gələcəkdə bu məsələyə də baxılacaq. Hər halda sərhədin mühafizəsi xüsusi əhəmiyyət daşıyır. Çünki Ermənistanda revanşist qüvvələr var və biz onların bəyanatlarını diqqətsiz qoya bilmərik. Amma hər kəs bilməlidir ki, əgər bizim sərhədimiz pozularsa, onu pozan cəzalandırılacaq və belə təxribatlar bu qüvvələrə çox baha başa gələcək”.

Prezident eyni zamanda, Azərbaycan Respublikasının İran İslam Respublikası ilə öz sərhədini tamamilə bərpa etdiyini də qeyd edib: “132 kilometr uzunluğu olan yeni sərhəd yaranıb. Mən Xudafərin körpüsünə gedərkən bildirmişdim ki, bu sərhəd dostluq sərhədidir. Həqiqətən belədir. Amma sərhəd sərhəddir və sərhəd infrastrukturu mütləq yaradılmalıdır. Bu məsələlər üçün də vəsait ayrılmalıdır”.

Tarix: 7 Yanvar 2021, 13:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin