BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp razılaşdı

ABŞ Prezidenti Donald Tramp yanvarın 20-də postunu tərk edəcəyini bildirib.

 

Pravda.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, bu barədə D. Tramp yeni seçilmiş prezident Co Baydenin qələbəsinin ABŞ Konqresi tərəfindən təsdiqlənməsindən az sonra qeyd edib.

 

“Baxmayaraq ki, seçkilərin nəticəsi ilə tamamilə razılaşmıram və faktlar məni dəstəkləyir, lakin yanvarın 20-də nizamlı bir şəkildə hakimiyyət keçidi baş tutacaq. Mən həmişə demişəm ki, yalnız qanuni səslərin sayılmasını təmin etmək üçün mübarizəmizi davam etdirəcəyik. Bu, prezidentlik tarixinin ən möhtəşəm birinci dövrünün bitməsini təmsil etsə də, Amerikanı yenidən güclü etmək uğrunda mübarizəmizin yalnız başlanğıcıdır”, - deyə D. Tramp vurğulayıb.

Tarix: 7 Yanvar 2021, 13:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin