BURADA REKLAMINIZ OLA
BİLƏR

Afət Fərmanqızı Kəramət Böyükçölə mahnı ilə cavab verdi: “Heminqueyə, Selincerə heyranam, Markesə də ayrı məhəbbətim var...”

Tanınmış müğənni Afət Fərmanqızı yazıçı Kəramət Böyükçölə cavab verib.

 

Pravda.az-ın xəbərinə görə, A.Fərmanqızı K.Böyükçölün onu tənqid etməsinə mahnı ilə cavab verib.

 

“Kəramət Böyükçölün statuslarını oxumaq üçün sosial şəbəkəyə daxil oldum, bu zaman özümlə bağlı yazıya rast gəldim. Bir anlıq ürəyim düşdü, Allah hamını Kəramət bəyin qələmindən uzaq eləsin. Oxudum, doğrusu, yaxşı tənqid idi. Yazarımıza cavab vermək istəyirəm: “Heminqueyə, Selincerə heyranam, Markesə də ayrı məhəbbətim var, sevimlidir bütün yazarlar amma, Kəramətə ayrı məhəbbətim var...” Gərək Kəramət bəy bunu nəzərə alasınız, mənimlə işiniz olmasın” – A.Fərmanqızı qeyd edib.

 

Tarix: 7 Yanvar 2021, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin