BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: “Haqqımda əxlaqsızlıq edilməsinə baxmayaraq...”

“Vətən Müharibəsinin ilk günlərindən Milli Birliyimizə, insanlarımızda ruh düşkünlüyünə, ayrıseçkiliyə gətirə biləcək heç bir məlumatı paylaşmadım. Çoxları da bilirlər ki, Vətən Müharibəsini az qala gün ərzində 20 saat dəqiqəbədəqiqə izlədim və baş verən çox çatışmazlıqlardan xəbərdaram. Bacardığım qədər elə müharibə dövrü həmin çatışmazlıqların qarşısını ala biləcək vəzifəli şəxslərlə birbaşa əlaqə yaradıb aradan qaldırılmasına çalışdım və hesab edirəm ki, bu sahədə də az iş görmədim”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

“Bu şanlı Qələbəni bizə qazandırmış əsgər və zabitlərimizin qürurunu, ləyaqətini hər şeydən üstün olmasını arzulayıram və bu sahədə də, bəzən bir çoxlarının başa düşməməsinə, haqqımda əxlaqsızlıq edilməsinə baxmayaraq bacardığımı edirəm. Bu gün də Qarabağda vəziyyətin nə qədər mürəkkəb olduğunu, mübarizənin hələ irəlidə olduğunu, cəmiyyətdə stabilliyin qorunmasının nə qədər vacib olduğunu da çox yaxşı bilirəm.  Bununla belə, bu gün təltiflərlə bağlı bir çox haqsızlıqların olduğunu, sui-istifadə hallarına yol verildiyini və bunun Milli Birliyimizə, insanların mübarizə ruhuna, gələcək mübarizəmizdə vurduğu ziyanları da çox yaxşı bilirəm. Ona görə də bir daha bu sahəyə cavabdeh olanlardan xahiş edirəm ki, vəziyyəti ciddi araşdırsınlar, yol verilmiş haqsızlıqları aradan qaldırsınlar. Özü də bu təkcə qəhrəmanlıq göstərmiş, diqqətdən kənarda qalmışların təltif olunması ilə qurtarmasın. Bu sahədə daha vacibi haqq etmədən təltif olunmaşların müəyyən edilməsi, buna yol vermişlərin cəzalandırılmasıdır. Özü də bu məsələ ancaq təltif olunanların sayının artırılması hesabına olacaqsa həmin təltiflər də hörmətdən düşəcək və mənəvi əhəmiyyətini itirəcək. Ona görə də hamıdan, xüsusilə döyüşlərdə iştirak etmişlərdən xahiş edirəm ki, haqsız olaraq təltif edilənlər haqqında dəqiq məlumatı olanlar həmin halların daha dəqiq araşdırılması üçün mənə yazsınlar. Bu sahədə qərəzçiliyə, yalana yol vermək Vətənə Xəyanət etmək kimi bir haldır” – A.İsmayılov qeyd edib.

Tarix: 7 Yanvar 2021, 19:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin