BURADA REKLAMINIZ OLA
BİLƏR

“Dövlət başçısı da Dağlıq Qarabağdakı rusiyalı hərbçilərin fəaliyyətindən narazıdır”

Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədəki bir sıra fikirlərindən anlamaq olar ki, dövlət başçısı da Dağlıq Qarabağdakı rusiyalı hərbçilərin fəaliyyətindən narazıdır. “Fransadan bir parlament heyəti Dağlıq Qarabağa getdi. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni verdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz” – deyən prezidentin bu cümləsindən anlaşılır ki, Rusiya tərəfi Bakı ilə şifahi razılaşmanı yerinə yetirmir və Laçın dəhlizini Ermənistanla erməni separatçıların ixtiyarına verib. 

 

Prezidentin sonrakı cümləsi də maraqlıdır: “Mən bir daha demək istəyirəm ki, biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir. Bunun müqabilində Ermənistan xarici işlər nazirinin bizim torpağımıza gəlməsi qəbuledilməzdir. Artıq mən demişəm, ümid edirəm ki, onlar düzgün nəticə çıxaracaqlar. Çıxarmasalar, onların böyük problemləri olacaq və yenə də peşman olacaqlar”. Bu cümlə də erməni təxribatına göz yuman və belə təxribatlara şərait yaradan Rusiya hərbçilərinin fəaliyyətindən narazılığa işarədir.

 

Türkiyənin hərbi yükləri Azərbaycana istiqamətlənib. Ağdamda bugünlərdə monitorinq mərkəzi fəaliyyətə başlayacaq. Müharibə günlərində olduğu kimi Rusiyanın siyasi gedişləriylə uzlaşan təxribatların qarşısında Türkiyənin dəstəyinə ehtiyacımız var. Təxribatlardan biri də budur ki, rəsmi Bakı noyabrın 9-da gecə saatlarında sərhəddə yaxın ərazidə müəammalı uçuş həyata keçirən Rusiya helikopterinin vurulmasına görə Kremldən üzr istəsə də, hadisənin üstündən aylar keçdikdən sonra Moskva həmin hadisəni qəsdən adam öldürmə kimi qiymətləndirərək Azərbaycan hərbçilərinə qarşı cinayət işi açmağa qərar verib.

 

Elxan Şahinoğlu

 

Politoloq

Tarix: 7 Yanvar 2021, 19:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin