BURADA REKLAMINIZ OLA
BİLƏR

“Amerika demokratiyasının artıq iflas həddinə çatması kimi fikirləri var”

ABŞ-da mövcud durum demokratiya və insan hüquqlarının kobud pozulması kimi xarakterizə olunur. Bu mənfi tendensiya ABŞ-da polis qəddarlığı, qaradərili əhaliyə qarşı sərt davranış hallarında özünü göstərir. İnsanların öz hüquqlarını müdafiə etmək və sərbəst şəkildə fikirlərini çatdırmaq hüququnun qarşısı sərt şəkildə alınır. Aksiyaçılara qarşı şiddət tətbiqinin geniş miqyas alması anti-demokratiyanın nümunələri kimi səciyyələnir.

 

Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

 

Deputat hələ 2015-ci ildə Amerikada keçirilən prezident seçkilərinin demokratikliyinin şübhə altına alınması ilə bağlı fikirlərin olduğunu bildirib.

 

O qeyd edib ki, ABŞ-da keçirilmiş son seçkilərin saxtalaşdırılması ilə bağlı Donald Tramp tərəfdarlarının ciddi iddiaları var: “Ölkə başçısı belə seçkilərin üçüncü ölkələrin səviyyəsindən də aşağı olduğunu bildirir. Ekspertlərin Amerika demokratiyasının artıq iflas həddinə çatması kimi fikirləri var. Eyni zamanda ABŞ Konqresində baş verən hadisələr demokratiyanın böhranı kimi dəyərləndirilir. Bu olaylar supergücə malik dövlətin əsaslarını sarsıdan hadisələrdir. Artıq dünya mediası ABŞ-la qeyri-stabil siyasi sistemə malik ölkələr arasında paralellər aparır”.

 

Cavid Osmanovun sözlərinə görə, ABŞ-dakı hadisələr zamanı etirazçılara qarşı şiddət tətbiq olunub, kifayət qədər qəddar davranılıb: “Ona görə də, ABŞ-da baş verən hadisələr anti-demokratiya tendensiyasının inkişafı kimi dəyərləndirilir. Özünü az qala demokratiyanın beşiyi hesab edən ölkə insan haqlarına dözümsüz yanaşır, aksiyalarda etirazçılara divan tutulur. Bu hal digər ölkələrdə olduğu zaman isə ABŞ daha sərt və aqressiv davranır. Xüsusilə ABŞ Dövlət Departamenti ardıcıl olaraq inkişaf etmiş ölkələrdəki durumla bağlı qərəzli yanaşmalar sərgiləyir. İndiki halda onların hansı mövqe sərgiləyəcəyi sual doğurur. Ötən ilin iyulun 14-də parlamentdə baş verən hadisə zamanı Azərbaycan polisinin davranışı ilə müqayisədə ABŞ polisinin hərəkətləri müqayisə oluna bilməz. Çünki Azərbaycan hüquq-mühafizə orqanları və əməkdaşları hər zaman humanizm və insani dəyərləri əsas tutub. Son iki gündə ABŞ polisinin etdiyi vəhşiliyi isə bütün dünya gördü”.

 

Teleqraf

Tarix: 7 Yanvar 2021, 20:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin