BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gündəm ictimai-siyasi mövzuda cərəyan edir, ona görə gözəllik mövzusu bir balaca kənarda qalıb”

Xanımlara gözəlliyin sirrlərindən bəhs edən aparıcı Aynur Kərimlinin müsahibəsi:

 

- Karantin dönəmində xanımlarımız daha çox artıq çəkiyə sahib oldular.  Dinamik həyat tərzi keçirən insanlar üçün evə qapannmaq böyük bir stress yaratdı. Bəs sizə necə təsir etdi?

 

- Açığı, çəkimdə heç bir artım olmadı. Hərdən tənbəlliyim tuturdusa da musiqi sədaları altında idman hərəkətləri edirdim. Bəzən tamam həvəsdən düşüb, heç nə etmək istəmədiyim  günlərim də oldu. Amma  bədbinliyə qapılmaq üçün özümə şərait yaratmadım. Yenidən özümdə güc tapıb, əvvəlki rejimimə dönməyə çalışıram. Bütün bu yaşadıqlarımızın psixoloji bir vəziyyət olduğunu düşünürəm. İnsan necə düşünürsə həyatını o xətt üzrə istiqamətləndirir. Yəni hər bir insan kimi mənim də güclü və zəif anlarım olur. Sadəcə o zəif anlarda şüurlatı hiss edirəm ki, qalib gəlməliyəm.

 

- Uzun müddətdir ki efirlərimizdə gözəlliklə bağlı verilişlər yoxdur. Yeni ildən sonra o verilişlərin bərpası gözlənilirmi?

 

- Hazırda gündəm ictimai-siyasi mövzuda cərəyan edir. Ona görə gözəllik mövzusu bir balaca kənarda qalıb. Bu da təbii ki, son zamanlar baş verən hadisələrlə bağlıdır. Artıq televiziyalarda bu tip layihələrə ehtiyac var.

 

- Sizcə ev şəraitində baxımlı olmaq mümkündürmü?

 

- Əlbəttə. Xanım üçün baxım mütləqdir.  Ən azından özünü daha güvənli hiss etməsi üçün yardımçı olur. Evdə xanımları kimsə görməsə belə baxımlı olmaq  mütləqdir.  Baxım deyəndə təbii ki, burada makiyaj, saç düzümü nəzərdə tutmuram. Adi rahat olduğu qədər səliqəli, gözəl göstərəcək geyim, ev şəraitində vaxt olduqca edilən təravətləndirici masqalar, formada qalmaq  üçün edilən idman hərəkətləri, sağlam qidalanmaq zəruridir.  Anlaşılandır ki, pandemiya dönəmində yaşananlar insanlara təsir edir, xanımlar bir qədər həvəssiz olur, ancaq  unutmasınlar ki, özlərinə nə qədər çox zaman, diqqət ayırsalar bu onlara daha çox stimul verəcək.

 

- Hər zaman sizi gözəllik verilişlərində görmüşük, istiqmətinizi dəyişməyi düşünmüsünüzmü?

 

- Bir müddət bu haqda düşünürdüm. Artıq  özümü ictimai-siyasi mövzularda göstərmək istəyirəm. Hər nə qədər ictimai-siyasi mövzu olsa da orada mütləq gözəllik mövzusuna da yer ayırmağı düşünürəm.

 

- Sizcə doğurdanmı dünyanı gözəllik xilas edəcək?

 

- Əvvəl elə düşünürdüm ki, hardasa edə bilər. Ancaq indi tam əminəm ki, gözəllik heç nəyi xilas etmir.

 

Moderator

Tarix: 8 Yanvar 2021, 00:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin