BURADA REKLAMINIZ OLA
BİLƏR

30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edildi

Hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib.

 

Pravda.az-ın məlumatına görə, bunu, Baş Prokuror Kamran Əliyev bu gün keçirdiyi əməliyyat müşavirəsində deyib.

 

O qeyd edib ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 2-si prokurorluq orqanlarından xaric edilib, 8 nəfər vəzifədən azad edilib, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbiri tətbiq edilib.

 

Tarix: 8 Yanvar 2021, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin