BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bacım məni sürüyə-sürüyə aparıb həyətdə soyuq su ilə dolu çəlləyə atdı” - Əməkdar artist

"Uşaq vaxtı, anam mağazaya getdi. Mən də başladım ağlamağa. Bacım məni sürüyə-sürüyə aparıb həyətdə soyuq su ilə dolu çəlləyə atdı”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova ARB telekanalında yayımlanan “Onun Sirri” verilişində deyib.

 

Sənətçi uşaqlığından danışaraq bacısının ona etdiklərini etiraf edib:

 

“Bacım məni soyuq su ilə dolu çəlləyə atdı. Mən də ağlaya-ağlaya qəfil səsim kəsildi. Qış ayları idi, hiss etdim ki, donuram. Bir də eşitdim anam həyətə girdi. Soruşdu ki, Firuzə hanı? Gəlib məni çıxarıb. Elə biliblər ölmüşəm. Sonradan təcili yardım çağırıblar. Bacım bir dəfə də məni yandırıb. Bulkasını yediyim üçün, tavaya basıb yandırdı. Elədiklərinə görə heç vaxt ona söz deyilmirdi. Bacımı əzizləyirdilər, amma məni yox”.

Tarix: 8 Yanvar 2021, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin