BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan koronavirusla ilk vidalaşan ölkələrdən olacaq – Deputat

Qlobal pandemiya dünya üçün bir sınaq oldu. Pandemiyaya qarşı mübarizədə ölkələr necə davrandı, vətəndaşlarının qorunmasını necə təşkil etdi? İqtisadiyyata təsiri minimumlaşdırmaq, peyvəndin alınması, beynəlxalq səviyyədə pandemiyaya qarşı mübarizəyə hansı ölkə necə davranış göstərdi? Bütün bu suallar bu gün dünyanın gündəmindədir. Prezident İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunmuş videofortmatda müşavirədə qeyd etdiyi kimi: Azərbaycan koronavirus sınağından şərəflə çıxır, vəziyyət tam nəzarətdədir.

 

Bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

 

Deputat bildirib ki, ÜST yeni növ koronavirusu qlobal pandemiya elan edəndə Azərbaycan bu çağırışa ilk qoşulan ölkələrdən olub:

 

“Ölkə başçısı xalqa müraciətində qeyd etdi ki, biz iki seçim qarşındayıq. İnsanların sağlamlığının və ölkə iqtisadiyyatının qorunması. Bizim üçün insanların sağlamlığı hər şeydən üstündür. Ona gərə də bu seçim ölkəmiz üçün prioritetdir. Qısa zamanda Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı. Operativ Qərargah gündəlik koronavirusa yoluxmaların dinamikasını nəzarət altına alaraq operativ qərarlar qəbul etdi. Ölkədə sərt karantin rejimi tətbiq olundu. İnsanların təması minimuma endirildi. Mövcud xəstəxanalar koronavirusa yoluxmuş insanların müalicəsinə istiqamətləndirildi. Yeni modul tipli xəstəxanalar istifadəyə verildi”.

 

Millət vəkili qeyd edib ki, ümumi fəaliyyətə təkan verəcək, koronavirusla mübarizə fondunun yaradılması mümühm əhəmiyətə malik idi:

 

“Qısa bir zamanda tibbi maska və dezinfeksiyaedici vasitələr istehsal etməyə başladıq. Ümumilikdə vəziyyət tam nəzarət altındadır. İnsanların sosial vəziyyəti və ölkə iqtisadiyyatına pandemiyanın təsirlərinin aşağı salınması üçün sosial paketlər icra olunub. İcra edilən bu sosial paketlər ölkədə 5 milyon insanı əhatə edib. Ümumi maliyyə tutumu isə 4 milyard manat olub. Bu vəsait isə ilin əvvəlində dövlət büdcəsində nəzərdə tutulmamışdı. Ölkənin iqtisadi gücü imkan verdi ki, çətinlik çəkmədən bu tədbirləri həyata keçirsin. ÜST Azərbaycanı pandemiyaya qarşı mübarizədə nümunəvi ölkə adlandırdı. Bu mübarizə tədbirləri bu gün də uğurla davam etdirilir. Artıq koronavirusa qarşı peyvəndin alınması ilə əlaqədar müqavilələr imzalanıb”.

 

Azər Badamov yanvarın sonuna qədər peyvəndin ölkəmizə gətirilərək tətbiqinə başlanılacağını əlavə edib:

 

“Görülən önləyici tədbirlərlə Azərbaycan dünyada koronavirusla ilk vidalaşan ölkələrdən olacaq. Ölkəmiz beynəlxalq səviyyədə pandemiyaya qarşı effektiv mübarizənin təşkilinə töhfə verib. ÜST-ə 10 milyon dollar ianə edildi. Azərbaycan qısa zaman kəsiyində 30-da artıq ölkəyə yardımlar göndərdi. Koronavirusa qarşı mübarizədə beynəlxalq səviyyədə həmrəylik nümayiş etdirdi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının videoformatda konfransları keçirildi. Azərbaycanın təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası çağırıldı. Dünyada koronavirusa qarşı mübarizədə aktual çağırışları müzakirə olundu”.

Tarix: 8 Yanvar 2021, 15:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin