BURADA REKLAMINIZ OLA
BİLƏR

“İnsanlarla hökumət müqavilə bağlayacaq ki, ən azı 10 il paytaxta işləməyə gedə bilməzsiniz?”

“İşğaldan azad edilmiş ərazilərə əvvəlki sakinlərin qayıdıb-qayıtmayacağı ilə bağlı ictimai müzakirələrin nə dərəcədə yerində və faydalı olduğuna cavab vermək çətindir. Hətta bir ailənin belə öz yurduna sahib çıxmaması, mülkiyyət hüququndan imtina etməyi ağlından keçirdiyinə inanmıram. Yalnız artıq həyatdan köçmüş, hər hansı vərəsəsi qalmayan ailələr istisnadır. Çünki onların adından mülkiyyət hüququna, köhnə yurduna iddia edən olmayacaq. Bəlkə də bu siyahını dəqiqləşdirmək daha məntiqlidir - gələcək mənzil tələbatını öyrənmək baxımından”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Rövşən Ağayev deyib.

 

R.Ağayev bildirib ki, insanlar öz yurdlarına mütləq gedəcək: “Amma o başqa məsələ ki, beyləqanlıların, qubalıların, lənkəranlıların neçə faizi son 25 ildə öz kənd-kəsəyindəki evini qıfıllayıb iş-güc, keyfiyyətli təhsil və səhiyyə, kommunal xidmətlər üçün Bakıya gəlibsə, qubadlılıların da həmin faizi gələcək. Şühbəsiz ki, yaşayış üçün əlverişli şərait olmayacaqsa. Müasir dünyada insanları təkcə iş və çörəklə məkana bağlamaq çətindir. Sosial həyat çox önəmlidir, xüsusən gənclər üçün. Tutaq ki, sorğu keçirdik və 100% nəticə çıxdı ki, hamımız qayıdırıq. Hamı öz bərpa olunmuş yurduna sahib çıxdı, amma 2-3 il sonra yenə dolanışıq üçün əyalətdən paytaxta köç başladı. Bunun qarşısı necə alınacaq? İnsanlarla hökumət müqavilə bağlayacaq ki, ən azı 10 il paytaxta işləməyə gedə bilməzsiniz? Hazırda Bakıda (və ətrafında) bölgələrdən gəlmiş və qeydiyyatsız yaşayan ən azı 1.5 milyon nəfərə yaxın insan var. Bundan ən yaxşı halda 400-450 min nəfəri Qarabağ və ətrafından olan məcburi köçkünlərdir. Yerdə qalan az qala 1 milyon nəfər ölkənin digər regionlarından miqrasiya etmiş insanlarımızdır. Açığı məcburi köçkünlərimizin geri qayıdıb-qayıtmayacağının niyə ictimai müzakirəyə səbəb olduğu bir qədər anlaşılmazdır”.

Tarix: 9 Yanvar 2021, 22:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin