BURADA REKLAMINIZ OLA
BİLƏR

Siqareti tərgitməyin asan yolu

“Əgər hər hansı bir şəxs siqareti tərgitmək istəyirsə, öncə davranış və vərdişlərinə, həmçinin ətrafdakılarla ünsiyyət formasını dəyişməlidir”.

Pravda.az xəbər verir ki, bu barədə “RT”yə Narkoloji Sağlamlıq İnstitutunun direktoru Oleq Zıkov məlumat verib.

Onun sözlərinə görə, siqaretin digər asılılıqlardan heç bir fərqi yoxdur. Eyni zamanda, problem insanın yaşadığı və onu pis vərdişə təhrik edən həyat tərzindədir.

Direktor bildirib ki, insanın siqaret çəkmək istəyinin fizioloji ehtiyacla və ya sosial davranışla əlaqəli olub-olmadığını analiz etmək lazımdır:

“Bu əlaqələr pozulmalıdır. Hər şeydən əvvəl, nikotin istifadə etməyə təhrik edən situasiyalardan uzaq durun. Yalnız bundan sonra bu düşünülmüş proses insanın siqareti atmasına kömək edəcək”.

Mütəxəssis eyni zamanda elektron siqaretlərin əleyhinə olduğunu da qeyd edib.


Report

Tarix: 10 Yanvar 2021, 13:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin