BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin görüş keçirdi - TƏCİLİ

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti Ilham Əliyev  və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüş öncəsi iclas keçirib.

Pravda.az-ın məlumatına görə, iclasda Dağlıq Qarabağ məsələsinin nizamlanması  və Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Iclasda Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin iştirak ediblər.

Qeyd edək ki, sabah Moskvada Rusiya prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək.

Tarix: 10 Yanvar 2021, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin