BURADA REKLAMINIZ OLA
BİLƏR

“Xankəndi, Xocavənd, Xocalı, Ağdərə kimi problemlərimiz var” – Vahid Əhmədov

Qarabağa digər rayonlardan köçmək istəyən şəxslərin mülkiyyət və digər hüquqları bütün Azərbaycan vətəndaşları kimi qorunacaq. Dövlət qarabağlılara dədə-baba torpaqlarında yaşamaları üçün hansı şəraiti yaradacaqsa, Qubalı, Saatlıdan olan insanlar da bu imkanlardan faydalanacaqlar.

 

Pravda.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov bildirib: “Məndə olan məlumata görə artıq digər rayonlardan Dağlıq Qarabağ İcmasına müraciətlər daxil olub. Biz Qarbağa tez məskunlaşmalıyıq. Orada həyat qısa zamanda bərpa olunmalıdır. İnsanlarımız ora qayıtmalıdır. Dövlət Qarabağa köçlə bağlı böyük işlər görür. Hamı ora qayıtmaq istəyəcək”.

 

Millət vəkili qeyd edib ki, ərazi bütövlüyümüzü bərpa etsək də bizim hələ Xankəndi, Xocavənd, Xocalı, Ağdərə kimi problemlərimiz var. Tezliklə orada da Azərbaycan Respublikasının qanunlarının təsiri təmi ediləcək:

 

“Ona görə əhalimiz başa düşməlidir ki, bu yerlərdə məskunlaşmağa böyük ehtiyac var. Ora bizim dədə – baba yurdlarımızdır. Qarabağı qorumaq lazımdır. Bütün vətəndaşlarımızın Qarabağda məskunlaşmaq, yaşamaq və işləmək hüququ var və bir mənalı şəkilədə təmin ediləcək”.Bizim.media

Tarix: 10 Yanvar 2021, 23:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin