BURADA REKLAMINIZ OLA
BİLƏR

Mirşahin: “Hansısa sülhməramlı soldat 100 qram vurub limitsiz asqırdı!” tipli aşırı qıcığa hesablanmış mövzularla...

“Prezident İlham Əliyev Qayıdışın Əsas arxitektoru kimi bütün gələcək planların da baş müəllifidir. Azərbaycanın qazandığı Qələbə o qədər böyük, miqyasına görə o qədər geniş, çəkisinə görə o qədər ağırdır ki, bu reallığı dərk etmək üçün beyinlərin xüsusi reabilitasiyaya, özünəməxsus treninqə ehtiyacı var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.

 

“Təsəvvür edin. Yalnız bir cümlə deyəcəm. Kimsə öz aləmində guya dərin bir sual qoyur: Niyə Xankəndi aeroportu ola-ola Füzulidə hava limanı tikməliyik? Bu sualın yaranma şəraiti, bu cümlədəki sözlər, içində yaşadığımız ərazi bütövlüyü təmin edilmiş Azərbaycanın yeni siyasi-coğrafi qrammatikası, dünənədək məğlubiyyətlərimizə qərənfillərdən don, mərsiyələrdən fon biçmək üzrə ixtisaslaşan orta statistik şüurumuz barədə düşünməyi təklif edirəm. Və elə buradaca istərdim ki, Böyük Qayıdışı mümkün edən şəraitin kartoqrafiyasını cızan Liderin öz planlarını həyata keçirməsi üçün--- bir xalq materialı olaraq bizim özümüzdən də tələb olunan milli elastiklik, mütəhərriklik və mütəşəkkillik barədə danışaq. Yəni, “hansısa provakator nazir Qarabağa gəldi!”, “hansısa sülhməramlı soldat 100 qram vurub limitsiz asqırdı!” tipli aşırı qıcığa hesablanmış mövzularla Dövlətin Baş xəttinə paralel, çaşdırıcı cığırlar açmayaq. Bu gün Azərbaycan xalqının hər bir üzvündən tələb olunan bir mühüm keyfiyyət var: Ali Baş Komandana qeyd-şərtsiz inanmaq! Heç bir əlavə diskussiya açmadan. Hər hansı pərsəng qoşmadan. Azərbaycan dövlətini və xalqını öz tarixinin ən böyük QƏLƏBƏSİNƏ daşıyan liderin sadəcə arxasınca getmək! Heç bir məkrli sual vermədən, atdığı addımları appelyasiya etmədən. Sadəcə LİDERİN ardınca getmək. Unudulmamalıdır ki, Prezident hər kəsin verdiyi və vermək istədiyi bütün suallardan xəbərdardır” – M.Ağayev qeyd edib.

Tarix: 11 Yanvar 2021, 07:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin