BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev Moskvaya işgüzar səfərə getdi

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edib.

 

Pravda.az-ın məlumatına görə, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

 

“Azərbaycan Prezidenti Moskvadadır, onu Rusiya Xarici İşlər Nazirinin müavini Andrey Rudenko, Rusiya Xarici İşlər Nazirliyinin və Respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşıladılar. Bu anda Əliyevin karvanı Kremlə tərəf gedir”,- deyə Bülbüloğlu qeyd edib.

 

Tarix: 11 Yanvar 2021, 13:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin