BURADA REKLAMINIZ OLA
BİLƏR

Moskva görüşü başladı - VİDEO ƏLAVƏ OLUNUB

Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.

 

Pravda.az xəbər verir ki, Kremldə baş tutan görüşün təşəbbüskarı V.Putindir.

 

Tərəflər üç ölkə liderinin Dağlıq Qarabağ üzrə 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının reallaşdırılmasının gedişatını nəzərdən keçirirlər. Eyni zamanda regionun problemlərinin həlli üzrə sonrakı addımlar müzakirə olunur.

 

Hərbi əməliyyatlar zamanı zərərçəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı da üçtərəfli danışıqların əsas mövzularındandır.

 

Eyni zamanda Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək.

Tarix: 11 Yanvar 2021, 15:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin