BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu proses ya Azərbaycan və Ermənistan arasında vasitəçilər olmadan davam etməli, ya da...”

“Qarabağ münaqişəsinin əsasını qoyub əsrlər boyu davam etdirən, son mərhələdə də münaqişənin birdəfəlik bitməsinin qarşısını alan Rusiya regionda sülh yaratdığını bəyan edir. Qarabağdakı vəziyyətin nizamlanması prosesində balans pozulub”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyası başqanının müavini Arif Hacılı deyib.

 

“Bu proses ya Azərbaycan və Ermənistan arasında vasitəçilər olmadan davam etməli, ya da Ermənistanın hərbi-siyasi müttəfiqi olan Rusiya vasitəçi missiyasına iddia edirsə, Azərbaycanın müttəfiqi olan Türkiyə Cümhuriyyətinin də eyni statusda nizamlanma prosesində iştirakı təmin edilməlidir!” – A.Hacılı qeyd edib.

Tarix: 11 Yanvar 2021, 16:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin