BURADA REKLAMINIZ OLA
BİLƏR

“O boyda maştabı kənara qoyub hansısa bir ölçü vahidinin dalınca qaçmaq doğrudan da cılızlıqdır” – Siyavuş Novruzov

YAP-çı deputat Siyavuş Novruzov sosial şəbəkələrdə suyun vedrəylə ölçülməsi barədə səsləndirdiyi fikirlərə görə onu tənqid edən şəxslərə cavab verib.

 

Pravda.az xəbər verir ki, S. Novruzov açıqlamasında bildirib ki, o sözügedən verilişdə iki nəfərin dialoqunu səsləndirib: "Bu iki nəfərin  arasında gedən dialoq idi və mən onu ictimailəşdirmişəm. Mən bu fikri korrektə edə bilərəm?! Arzu edərdim ki, mənim fikrimi şərh edənlər, gənclər ümummilli liderin sədaqətlə bağlı səsləndirdiyi fikirləri öz əməllərində rəhbər tutsunlar. Onlar hər bir işlərinə sədaqətlə yanaşsınlar. Gələcək nəsillərin qarşısında qoyulan tərbiyə budur. Onlar dövlətinə, millətinə, torpağına, Prezidentinə sədaqətli olsunlar. Yoxsa o boyda maştabı kənara qoyub hansısa bir ölçü vahidinin dalınca qaçmaq doğrudan da cılızlıqdır”.

 

Xatırladaq ki, deputat Space televiziyasında yayılan "Sadə həqiqətlər” verilişində qonaq olub. O verilişdə Heydər Əliyevlə bir siyasətçi arasında baş vermiş dialoqu xatırladıb: "Naxçıvan dövrü idi. Mövqesiz adamlardan biri Heydər Əliyevə yaxınlaşdı. Ondan soruşdu ki, hər şeyin ölçüsü var. Məsələn işıq amperlə, su vedrəylə ölçülür. Litrlə də yəni. O biri kiloyla, tonla ölçülür. Bəs bu sədaqətin, vəfalılığın da ölçüsü varmı? Özü sədaqətsiz adam idi. Heydər Əliyev dedi var ki var, o zamandır. Zaman göstərir ki, kim sədaqətlidir, kim sədaqətsiz”.

 

Qafqazinfo

Tarix: 11 Yanvar 2021, 17:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin