BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbs edilən "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun rəis oğlu ilə bağlı RƏSMİ AÇIQLAMA

Bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradovun istefa ərizəsi yazaraq işdən azad olunması ilə bağlı məlumatlar yayılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bəzi KİV-də yayılan həmin məlumatlar həqiqəti əks etdirmir: "Polis polkovniki Cavid Muradov hazırda Səbail rayon Polis İdarəsinin rəisidir və o, vəzifəsini icra edir. Onun istefa ərizəsi yazması ilə bağlı yayılanlar bəzi jurnalistlərin fərziyyəsindən başqa bir şey deyil".

 

Qeyd edək ki, polis polkovniki Cavid Muradov bir neçə gün əvvəl həbs edilən "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun oğludur.

 

APA

Tarix: 11 Yanvar 2021, 18:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin