BURADA REKLAMINIZ OLA
BİLƏR

Məmur aktyoru həbs etdirmək istəyir

Mingəçevir Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev aktyor İbrahim Salamovu məhkəməyə verməsindən danışıb. Mustafayev bildirib ki, məqsədi aktyorun həbsinə nail olmaqdır: “Mən İbrahim Salamovun və Elçin Həsənzadənin həbs edilməsini istəyirəm. Həmin adamlar mənim barəmdə şər-böhtanla məşğul olublar. Həmin böhtanlar hazırda da davam edir. Ona görə də xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdim. Halbuki hər dəqiqə belə hal olmur. Cinayət Məcəlləsinin 147 və 148-ci maddəsi ilə həmin insanlara cinayət işi açılıb. Guya mən Məmməd Əmin Rəsulzadəni təhqir etmişəm. Bunlar təhqir nəyə deyirlər? Bu adamlar gətirib Rəsulzadənin fotosunu şəhərdəki “Ay-ulduz” abidəsinin üstünə pis formada yapışdırmışdılar. Mən də tələb etmişəm ki, bu şəkli bura yapışdırmaq olmaz. Çünki abidələr qorunur və ora şəkil yapışdırmaq olmaz.  Ondan sonra bunlar başladılar ki, guya mən təhqir etmişəm. Mən də məhkəməyə verdim ki, gəlin sübut edin. Əgər Məmməd Əmin Rəsulzadəni təhqir etmişəmsə, cəzamı çəkməyə hazıram. Sonra şəkilləri özləri çıxartdı, yoxsa polis, oralarını bilmirəm. Deyirdilər ki, guya yeyib dağıdıram. Dedim, yeyib dağıtdığımı sübut etsəniz, məhkəmədə iddiamı geri götürəcəyəm. Amma o şəxslərin hər ikisinin barəsində dəfələrlə məhkəmə qərarları var”.

 

Ş.Mustafayev bildirib ki, İbrahim Salamov və Elçin Həsənzadə Məmməd Əmin Rəsulzadə barədə məlumatlı deyillər: “Onlar Məmməd Əmin Rəsulzadənin həyatı, fəaliyyəti, əsərləri barədə heç bir məlumatı olmayan insanlardır. Sadəcə o şəkli ora yapışdırmaqda məqsəd başqa idi. Məni ləkələmək istəyirdilər. Məsələn, bir dəfə Mingəçevirdəki başqa təşkilatın işçisini maşın vurdu, onu da mənim üstümə yaxırdılar. Məhkəmə hər birinə bir il müddətinə şərti həbs cəzası verilib. Amma mən o cəzayla razılaşmadığım üçün apellyasiya şikayəti vrmişəm. Daha ağır cəzanın verilməsini, hər ikisinin həbsini tələb edirəm. Çünki mənim şəxsiyyətim və ailəm təhqir edilib”.

 

Əməkdaşımızın “Özünüz Məmməd Əmin Rəsulzadənin hansı əsərini oxumusunuz" sualına Şəhriyar Mustafayev belə reaksiya verib: “Oxumuşam, nə vaxt istəsəniz, gələrsiniz, onları mütaliə (əslində müzakirə-red.)  edərik”.

 

Qeyd edək ki, Şəhriyar Mustafayevn iddiası əsasında Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseyn Mirzəliyevin sədrliyi ilə Salamov İbrahim Salam oğlu Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddəsiylə təqsirli bilinərək ümumilikdə bir il müddətinə aylıq qazancından dövlət nəfinə 10 faiz tutulmaqla islah işləri cəzasına məhkum edilib.Ölkə.az

Tarix: 11 Yanvar 2021, 21:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin